Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilmişdir.

23.09.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qızılhacılı qəsəbə Milli Qəhrəman Kazımağa Kərimov adına Diyarşünaslıq evi və  Kitabxana filialının təşkilatçılığı ilə birgə rayonun Qızılhacilı qəsəbəsində şəhid və qazi ailələri ilə "Şəhidlərimizi tanıyaq və tanıdaq" adlı görüş keçirilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Vətən Müharibəsinin Şəhid ailələri, Qazilər, ziyalılar və Aprel Şəhidinin ailə üzvüləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Tağıyev 44 günlük Vətən Müharibəsində igidlik nümayiş etdirən goranboyluların sücaətliyindən danışdı. Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bundanda sonra mədəniyyət mərkəzinin  əməkdaşları tərəfindən davamlı olaraq tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən  Şəhid ailələri müharibə veteranları ictimayi birliyinin Goranboy rayon üzrə sədri Orxan Əliyev, Qəsəbə Diyarşünaslıq evinin mədəni-təskilatçısı  Gülnaz Mehdiyeva  Qəsəbə kitabxana direktoru Tamaşa Aslanova  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür dilədilər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy  rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən hazırlanmış 8 Noyabr Zəfər  Günü simvoli Xarı Bülbülün tablosu 44 günlük Vətən Müharibəsi  Şəhidi Ələkbərli Kənan, Nofəl Nuriyev, İlkin Vəliye, Elman Həsənov, Elşən Kərimov və Aprel Şəhidi Bəxtiyar Hüseynov bununla yanaşı Vətən Müharibəsi Qaziləri Elnur Xəlilov, Müzəffər Abbasov, Şəmsi Hacıyev və Aqil Eminova mülkü Şəhid Raziyyə Abbasovanın ailə üzvülərinə  təqdim edilmişdir.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.