Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Üzeyir Hacıbəyli Milli musiqimizin banisidir” adlı tədbir  keçirilmişdir.

23.09.2021

22.09.2021 tarixində Gəncə Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mədəniyyət Mərkəzində “Üzeyir Hacıbəyli Milli musiqimizin banisidir” adlı tədbir  keçirilmişdir.

Əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların ,eləcə də Azərbaycanın bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Gəncə şəhər Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki , 18 sentyabr Milli Musiqi günü dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dogum günü  ilə baglıdır. Onun, Azərbaycan  Milli  Musiqisinin inkişafında misilsiz xidmətləri olmuşdur.

Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış edərək bildirdi ki, 1995 –ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubleyi ərəfəsində 18 sentyabr Milli Musiqi günü kimi qeyd edilməsi qərara alınmışdır. Üzeyir Hacıbəyli ilk milli operamız “Leyli və Məcnun”un, eləcə də ilk musiqili komediyamız “Arşın mal alan “ operettamızın müəllifidir.

Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova çıxış edərək  Üzeyir Hacıbəylinin dünya şöhrətli bəstəkar , musiqişunas , publisist , dramaturq olmasından danışdı.

 Mədəniyyət Mərkəzinin kütləvi işçisi Laləxanım Hacıyeva çıxış edərək qeyd etdi ki, 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli  Beynəlxalq Musiqi Festifalı  keçirilir. İlk konsert Mədəniyyət Mərkəzimiz olan işğaldan azad olunmuş Şuşamızda keçirilmişdir.

Gəncə şəhər Mədəniyyət Mərkəzinın”Arzum”xalq çalğı alətləri ansanblı (Bədii rəhbər Tural Süleymanov , konsertmeyster Münasib Murquzov )  tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini , Azərbaycan xalq mahnılarını təqdim etdilər.

Tədbirdə Mədəniyyət Mərkəzinin Yaradıcılıq evinin , Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 saylı kitabxana filialının işçiləri  tələbələr və ərazi sakinləri iştirak etdilər.