Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar unudulmur” adlı görüş keçirilmişdir

23.09.2021

  22.09.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allıkənd  və Sarıdaş kənd kitabxana filialının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Daşqın Hidayət oğlu Səfiyevin ailəsilə ”Qəhrəmanlar unudulmur” adlı görüş keçirilmişdir.

Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Allıkənd kənd kitabxana filialının müdiri Mahirə Həsənova açaraq, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən Kəlbəcərlilərin şücaətindən danışdı.

Tədbirdə şəhidin atası Hidayət Səfiyev oğlu Daşqın Səfiyevin 27 sentiyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü qatılan,Qubadlı və Laçın rayonun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsindən, noyabr ayının 5-də Laçın rayonunun azadlığı uğrunda gedən döyüşdə qəhəmancasına vuruşaraq şəhid olmasından danışdı. Azərbaycanın ərazi bütlövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün,Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Tədbirin sonunda Samux rayonun Seyidlər kəndində dəfn olunmuş şəhid Daşqın Səfiyevin məzarı ziyarət olunmuşdur.