Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ müharibəsi iştirakşısı və qazisi Xanlar Qafarovla onlayn görüş keçirilib

23.09.2021

  21.09.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara Xidmət şöbəsi II Qarabağ müharibəsi iştirakçısı və qazisi Xanlar Qafarovla onlayn görüş keçirib.

Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Mehriban Həbibullayeva açaraq 27 sentyabr 2020 ci il tarixində başlamış 44 günlük Vətən Müharibəsi haqqında məlumat verdi. Füzuli rayonunun azadlığı uğrunda döyüşə başlayaraq Laçın rayonuna qədər şərəfli döyüş yolu keçmiş Vətən müharibəsində könüllü iştirak edən Qafarov Xanlar Bəhram oğlu,keçdiyi döyüş yolundan söz açdı.

Görüşdə iştirak edən Kəlbəcər rayon 9 saylı tam orta məktəbin tarix müəlliməsi Abdullazadə Samirə çıxış edərək, Şuşa şəhərinin  azad edilməsindən danışdı. 

Görüşdə Prezidentə Dəstək İctimai Birliyinin Gəncə şəhər üzrə təşkilatının sədri Gülnar Həbibullayeva iştirak etdi. Sonda oxuculardan 9 saylı tam orta  məktəbin şagirdi Xəlili Səkinə şeir söylədi.