Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müharibəyə yox deyək!” adlı onlayın görüş keçirildi.

12.10.2021

 

11.10.2021-ci il tarixində  Gəncə  Regional  Mədəniyyət  İdarəsi  Samux rayon Mərkəzi  Kitabxananın  Uşaq  şöbəsi erməni terroru nəticəsində həlak olanların anım gününə həsr olunmuş “Müharibəyə yox deyək!”  adlı onlayın görüş keçirildi.

        Tədbirdə MKS-nin kənd, qəsəbə Kitabxana  filialları, Samux rayon  6 saylı uşaq bağçasının müdiri Təhminə Nəsibova və balaca körpələr  iştirak etdilər.

        İlk öncə şəhidlərimizin və terorun qurbanları olan sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Tədbiri giriş sözü ilə uşaq söbəsinin müdiri Venera Məmmədova açaraq,qeyd etdi ki,Müharibə - dağıntılar,ölüm,atəşsəsləri, yaxınlarını itirmək qorxusudur.Eyni zamanda Müharibə və terrorizm həqiqətən insanlığın dağıdılmasıdır. Ermənistan –dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir.Minlərlə Azərbaycanlı erməni terror aktlarının qurbanı olub.

MKS-nin direktoru Telli Nəsibova çıxış edərək,erməni terrorunu lənətlədi,terrorun qurbanı olan şəhidlərimizə Allahdan rəhmət dilədi və qanlarının yerdə qalmadığını bildirdi.

Tədbirdə Kitabxananın işçisi Pərvanə Qarayeva –Müharibə uşaqların düşmənidir.

Samirə Salmanova-Müharibə -pisxoloji,ictimai problemdir.

Samux rayon 6 sayli uşaq bağçasının direktoru-Təhminə Nəsibova – Əmin- amanlıq bəşəriyyətin ən çox arzu etdiyi dəyərdir - mövzusunda çıxış etdilər.

 Sonda bağçada uşaqların hazırladığı nömrələrlə tədbir sona çatdı.