Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erməni terroru və günahsız insanlar” adlı  videokonfrans  keçirilib

12.10.2021

11 oktyabr  2021-ci il  tarixində  Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon  MKS-nin  Oxuculara  xidmət şöbəsi  “Erməni terroru və günahsız insanlar” adlı  videokonfrans  keçirib. Tədbir  44 günlük Vətən müharibəsi zamanı erməni terroristlərin dinc əhaliyə qarşı raket hücumları nəticəsində həlak olanların xatirəsinə   həsr olunmuşdur.

İlk növbədə erməni terrorunun  qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açanSamux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva 44 günlük Vətən müharibəsi zamanı ermənilərin humanitar atəşkəs rejimini pozaraq gecə saatlarında günahsız insanları raket hücumuna məruz qoyması, körpə, qadın və yaşlılar daxil olmaqla çoxlu sayda insan tələfatı, sakinlərin müxtəlif dərəcəli xəsarət alması və şəhərin dəhşətli dağıntılara məruz qalması ilə nəticələnən müharibə cinayətinin törədilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda ,şöbə müdiri bildirdi ki,ordumuzun üzbəüz, açıq və mərdi-mərdanə döyüşdə ard-arda qazandığı parlaq qələbələr Ali Baş Komandan İlham Əliyevin yürütdüyü düzgün döyüş taktikası, etdiyi inamlı çıxışlar, verdiyi mesajlar əsgərlərimizi və xalqımızı ruhlandırdıqca, düşmən daha çox vəlvələyə düşür və heyfini günahsız insanlardan alır.

Tədbirin növbəti hissəsində Gəncə,Bərdə və Tərtər terrorlarına həsr olunmuş  videoçarxlar nümaiş olundu.Videoçarxlarda  ermənilərin törətdikləri hücumlar və terror nəticəsində həlak olan mülki insanlar haqqında geniş məlumatlar qeyd olunmuşdur.

Daha sonra Samux rayon Mərkəzi kitabxanasının əməkdaşları Zahidə Hüseynova,Ləman Əliyeva,Reyhan Verdiyeva,Pərvanə Qarayeva,Tərifə Verdiyeva,Tahirə Abbasova qeyd  etdilər ki,Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi.Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda, işğala son qoyulması, sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Ermənilərin illərlə xalqımıza qarşı törətdikləri bu qanlı cinayətlərin hesabının verilməsi zamanı çatıb.Erməni terroruna “Yox” deyirik!