Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Məğlubiyyətdən qorxan düşmən qəddarlığı” adl onlayn mövzu gecəsi keçirilib

12.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 11.09.21-ci il tarixində Gəncə terroru ilə əlaqədar “Məğlubiyyətdən qorxan düşmən qəddarlığı” adl onlayn mövzu gecəsi keçirtdi. 
Tədbir Gəncə terrorunda həlak olanların bir dəqiqəlik sükutu ilə başladı. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova  iştirakçıları salamlayaraq ilk növbədə Gəncə terroru haqqında ətraflı məlumat verdi. Bildirdi ki, hərbi əməliyyatlardan çox uzaqda yerləşən Gəncə şəhərini düşmən Oktyabr 11-də gecə saatlarında  qadağan olunmuş raket zərbəsinə məruz qoydu. Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Şəhərin raket zərbələrinə məruz qoyulması bütün hüquqi normaların kobud şəkildə pozulması, həm də düşmənin məkrli niyyətindən xəbər verdi. 
Tədbirdə iştirak edən Gəncə sakini Tariyel Şahverdiyev, şöbənin müdiri Ellada Rəhimova, raket zərbələri zamanı ciddi zərər almış,eləcədə şagirdlərindən həlak olan Gəncə şəhəri K.D.Uşinski adına 29 №-li tam orta məkəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və məktəbin tarix müəlliməsi Arzu Quliyeva gözləri qarşısında baş verən hadisə haqqında ürək ağrısı ilə danışaraq,sanki həmin günlər bir daha yaşandı. Qeyd etdilər ki, sentyabrın 27-də başlayan vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu  öz güclərini dinc sakinləri, silahsız qadın və uşaqları hədəf almaqda gördülər. Məktəbin müəllimələri ürək ağrısı ilə hadisə zamanı həlak olmuş şagirdlərdən onların yarımçıq qalmış arzularından danışdılar.Tədbirdə iştirak Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova öz çıxışında bildirdi ki, düşmənin qürurla öyündükləri ordusu Azərbaycan ordusu ilə təkbətək qalanda, cəmi 44 gün tab gətirdi və diz çökərək ağ bayraq qaldırdı. Məğlubiyyətlərini gizlədərək silahsız dinc sakinləri hədəfə alması isə vandalizmin bariz nümunəsidir. Sonda kitabxananın oxucuları və 29 №-li tam orta məkəbin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.