Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq”  adlı görüş keçirildi.

13.10.2021

12.10.2021- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişovun rəhbərliyi ilə II-ci Qarabağ müharibəsində şəhid olmuş Dostuyev Elçin Murad oğlunun ailəsi  ilə " Şəhidləri unutmayaq"  adlı görüş keçirildi.

Görüşdə MİHİ - nin Sədri Müaviyyə Hüseynova və Mədəniyyət Mərkəzinin Yeni kənd klubunun işçiləri də iştirak etdilər. İlk öncə Şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu və  məzarı üzərinə təzə - tər çiçəklər düzüldü. Onun ailəsinə dərin hüzünlə baş sağlığı verildi. Dostuyev Elçin Murad oğlu 18 fevral 2002 - ci ildə anadan olmuşdur. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. II - ci Qarabağ müharibəsi başlayan zaman döyüşlərdə iştirak etmiş, 13 oktyabr Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin !