Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biz Sizə Borcluyuq” başlıqlı dəyirmi masa  təşkil olundu .

13.10.2021

12oktyabr 2021-ci il tarixdə Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kollektivi  Mərkəzi Kitabxananın Oxu zalında  “Biz Sizə Borcluyuq” başlıqlı dəyirmi masa  təşkil olundu . İlk öncə  Xocalı rayon Mərkəzi Kitabxananın direktoru  Bəhram Məmmədov  tədbiri açaraq  II Vətən müharibəsi İştirakçılarının və döyüşlərdə Qəhrəmancasına  iştirak edən əsgərlərimizin döyüş yolları haqqında məlumat verdi.

Cəmilli kənd 1 saylı Kitabxana filialının müdiri Zülfiyə Əliyevanın  təşkilatçılığı ilə məktəblilər məcburi köçkünlərin məskunlaşdığı Bərdə şəhər 588 saylı qəsəbədə ucaldılmış  Fizuli şəhərinin azadlığı uğrunda qəhrəmancasına Şəhid olan Pərviz Məmmədovun portreti  önünə gül dəstələri düzərək ziyarət etdilər.  Tədbir iştirakçıları  Şəhidlərə rəhmət, qazilərimizə allahdan  şəfa dilədilər