Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Merac” adlanan 7 rəng fəlsəfəsi mövzusunda tədbir keçirilib.

13.10.2021

Gəncə şəhəri, F.Əmirov adına 1 N-li uşaq musiqi məktəbində 12 oktyabr tarixində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Merac" adlanan 7 rəng fəlsəfəsi mövzusunda tədbir keçirilib.
   Tədbiri nəzəriyyə şöbəsinin müəlliməsi Bağırova Ülviyyə müəllimə şagirdləri ilə keçirib.
   Nizami Gəncəvinin 7 rəng fəlsəfəsi "Merac" adlanan Tanrıya doğru yüksəlişi.Şərqdə 7 rəqəm simvolikliyi,7 məna,7 qat anlamı mütəfəkkirlərin diqqətini cəlb edib.Xüsusən,dahi Şeyxin ərsəyə gətirdiyi məşhur "Xəmsə" nin tərkib hissəsi olan "Yeddi gözəl" əsəri dünyada məşhurdur.Bu mövzudan çıxış edərək miniatür üslubda 7 göl - "Qara göl", "Zəli göl", "Maral göl", "Quş göl", "Göy göl", "Ayı göl", "Güzgü göl" silsiləsi təqdim olundu.