Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən sizə oğul dedi”  adlı  onlayn  anım günü keçirib.

13.10.2021

12 oktyabr  2021-ci il  tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Samux rayon  MKS-nin  Oxuculara  xidmət şöbəsi  44 günlük  Vətən  müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə  “Vətən sizə oğul dedi”  adlı  onlayn  anım günü keçirib. Tədbir  Vətən müharibəsində  qəhrəmancasına həlak olan Samux rayonunun şəhidləri Sadıqzadə Emilin   və Dostuyev Elçinin  əziz xatirələrinə   həsr olunmuşdur.

İlk növbədə Azərbaycan Respublikasının dövlət himni səsləndi və ölkəmizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açanSamux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva  qeyd etdi ki, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaqdır.Vətən müharibəsi ilk gündən samuxluların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu.

Tədbirin növbəti hissəsində Samux rayonunun şəhidiləri Sadıqzadə Emilin və Dostuyev Elçının həyat  və qəhrəmanlıqlarını  əks etdirən videoçarxlar,əzizlərinin və yaxınlarının xatirələri, qəhrəmana həsr olunan şeirlər təqdim olundu.

Daha sonra Samux rayon Mərkəzi kitabxanasının əməkdaşları Rübabə Şükürova,Ləman Əliyeva,Reyhan Verdiyeva,Tahirə Abbasova,Xatirə Məmmədova,Tərifə Verdiyeva,Aytac Hümbətova Samux şəhidləri haqqında  geniş məlumat verdilər və bildirdilər ki,xalqımız hər zaman öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır,  böyük ehtiram və hörmətlə yad edəcək.