Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Fizuli  azadlığın  mübarək”  adlı onlayn  yoldaşlıq  görüşü  keçirildi.

16.10.2021

Gəncə  Regional  Mədəniyyət  İdarəsi  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin Qarayeri  qəsəbə  kitabxana  filialının  təşkilatçılığı  ilə  Füzuli  rayonunun  27 illik  işğalından  sonra  azad  olunması  münasibəti  ilə  “ Fizuli  azadlığın  mübarək”  adlı onlayn  yoldaşlıq  görüşü  keçirildi.

Tədbirə  başlamazdan  öncə  Qarabağımızın  azadlığı  uğrunda   canından  keçən şəhidlərimizin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  edildi  . 

Tədbiri  giriş  sözü  ilə  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin  Qarayeri  qəsəbə  kitabxana  filialının müdiri  Samirə Məmmədova  açaraq   1993-cü ildə  Füzuli rayonu  Ermənistan  Silahlı  Qüvvələri  tərəfindən işğal edilməsindən . 1994-cü il Horadiz əməliyyatı  zamanı rayonun bir hissəsi işğaldan azad edilməsindən.

Qonaqlarımızı  salamlamaq  üçün  sözü  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  direktor  səlahiyyətlərini müvəqqəti  icra  edən  Telli  xanım  Nəsibovaya  verildi  oda  öz  növbəsində  Füzuli  rayon  MKS-nin kollektivini  salamladı  və  Füzuli  rayonun işğaldan  azad  olunması  münasibəti  ilə  onları  təbrik  etdi .

Gəncə  Regional Mədəniyyət  İdarəsinin  Samux  rayon  üzrə  baş  məsləhətçisi  Suleyman  Əliyeva  öz  növbəsində  qonaqlarımızı  salamladı.Bu  yoldaşlıq görüşünün  hazırlanıb ərsəyə  gəlməsində  əziyəti  keçən Samux rayon MKS-ni Qarayeri  qəsəbə  kitabxana  filial  müdiri  Samirə  Məmmədovaya  və  Füzuli  rayon MKS-nin  İnformasiya  Resurs  şöbəsin müdiri  Sevinc  xanıma  minnətdarlığını  bildirdi.

 Füzuli  rayom  MKS-nin  Komplektləşdirmə  və Kitabişləmə  şöbəsinin müdiri Nəbiyeva  Xavər,   İnformasiya  Resurs  şöbəsin müdiri  Sevinc  xanım ,Bəhrəmtəpə  qəsəbə  filial  əməkdaşı Novruzlu  Həmayıl, Füzuli  rayon MKS-nin   Böyük  Bəhmənli  kənd filial  müdiri Əliyev Şamil, Mahmudlu 2 kənd  kitabxana  filialının  kitabxanaçısı Vəlizadə Ülviyyə , Mamudlu kitabxana  filial əməkdaşı  Orucova  Azadə  xanım  danışdılar .

Samux  rayon MKS-nin  oxuculara  xidmət  şöbəsinin  müdiri  Vüsalə  Əliyeva, Samux  rayon  Mərkəz  Kitabxananın Uşaq  şöbəsinin  müdiri  Venera Məmmədova, Baş  metodist  Verdiyeva Tərifə,  Seyidlər kənd  kitabxana  filial  müdiri  Xatirə  Məmmədova, Qarayeri  qəsəbə  klubunun müdiri  Günel  Həsənovada  çıxış  edərək  qonaqları  salamladılar, Füzuli  rayon  haqqında gözəl  təsüratlarından  danışdılar  Füzuli  rayon MKS-nin  kollektivi  ilə  tanış  olmaqlarına  çox  məmnun  oldular  belə  görüşlərin  mütəmade  keçirilməsini  arzu  etdilər.