Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 oktyabr Müstəqilliyin Bərpası günüdür adlı rəsm sərgisi təşkil edilib

16.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası 15 oktyabr 2021-ci il tarixində Gənclər Parkında 18 oktyabr Müstəqilliyin Bərpası günüdür adlı rəsm sərgisi təşkil etmişdir. Sərgidə vətənpərvərlik mövzusunda rəsm əsərləri nümayiş olunmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə bildirmişdir ki 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir