Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gələcək gün” adlı dəyirmi masa keçirilib

16.10.2021

15.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110 illiyi münasibəti ilə "Gələcək gün" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova Xalq yazıçısı Mirzə İbrahimovun həyat və yaradıcılığından danışdı və qeyd etdi ki, yazıçının "Gələcək gün” romanı qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir. Tədbirdə  Samux şəhər kitabxana filialının multimedia resursları mütəxəssisi Samirə Ələkbərovada qeyd etdi ki, Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” romanı müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. Samux şəhər Mədəniyyət evinin əməkdaşıda tədbirdə söz alaraq Mirzə İbrahimovun yaradıcılıq fəaliyyətindən söz açdı. Tədbir "Gələcək gün" romanının müzakirələri əsasında sona çatdırıldı.