Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsanlara hürriyyət,millətlərə istiqlal “ adlı videokonfrans keçirdi.

16.10.2021

15.10.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsi Azərbaycanın Dövlət Müstəqiliyinin Bərpası Günü münasibəti ilə “İnsanlara hürriyyət,millətlərə istiqlal “ adlı videokonfrans keçirdi.

  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ilk növbədə istiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının  və  bütün  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon  MKS-nin  Oxuculara xidmət şöbəsinin  müdiri  Vüsalə Əliyeva  tədbir iştirakçılarını müstəqillik günü münasibəti ilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salaraq bu müstəqiliyin   əldə edilməsində və qorunub saxlanmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə vurğuladı.O,qeyd etdi ki,18 oktyabr xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş , hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Türk dünyasının ilk müstəqil dövləti süquta uğrasada 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi.Çünki  ruhu azad   olan bir

 milləti heç kəs köləlikdə saxlaya bilməz.

Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova qeyd etdi ki,1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

Onlayn tədbirdə Samux rayon MKS-nin əməkdaşları Ləman Əliyeva,Aytac Hümbətova,Tahirə Abbasova,Xatirə Məmmədova,Reyhan Verdiyeva hər iki öndərin M.Ə.Rəsulzadənin və ümummilli lider Heydər Əliyevin həyat və xidmətlərindən söz açdılar.Çıxış edənlər qeyd etdilər ki,hazırda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan xalqını daha gözəl iqtisadi, mədəni və sosial gələcəyə aparır. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucularının  adlarını  əbədi yaşadacaq.
Tədbirin növbəti hissəsində dövlətçiliyə, Ulu Öndər Heydər Əliyevə, AXC –nin qurucusu M.Ə.Rəsulzadəyə,Ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına həsr edilmiş şeirlər səsləndirilmiş,  videoçarxlar nümaiş olunmuşdur.