Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Qubadlı qayıdışın mübarək” adlı onlayn yoldaşlıq görüşü keçirildi.

22.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Qubadlı rayonunun 27 illik işğalından azad olunması münasibəti ilə “ Qubadlı qayıdışın mübarək” adlı onlayn yoldaşlıq görüşü keçirildi.

Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Tədbirdə qonaq qismində Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin başda Müşkünaz Muadova olmaqla kollektivi . Samux rayon Mədəniyyət Mərkəzindən nümayəndələri, Füzuli rayon MKS-nin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Samux rayon Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova çıxışında 44 günlük Vətən Müharibəsində Samux rayonundan olan gənclərdə torpağlarımızın azadlığı uğrundan gedən döyüşlərdə iştirak etməsindən .Samux rayondan 25 nəfər Vətən Müharibəsi şəhid olmuşdur onlardan 2 Kəlbəcər rayon qeydiyatından olanlardı. 112 nəfər müxtəlif dərəcəli yaralar almışdır.Ümumilikdə ölkə üzrə Vətən Müharibəsi Qəhrəmanı adına laiq görülmüş 83 nəfərdən 1 nəfər Samux rayon Lək kəndindən Olan Hüseynov Əli Rəşid oğlu təltif olunmasından danışdı.

21.10.2020 ci il tarixdə 44 günlük Vətən Müharibəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmətli , Zəngər kəndləri, Cəbrayıl rayonunun Balyand , Papı, Tulus, Hacılı , Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı,Sarıl,Babaylı, Üçüncü ağalı,Hacılı,Qırax Müşlan, Üdğun,Turabad,İcəri Müşlan , Məlikli, Cahangirbəyli, Baharlı kəndləri düşmən işğalından azad olunmasınıda qeyd etdi. Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Suleyman Əliyev qonaqları salamlayaraq Qubadlının Azad olunması münasibəti ilə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqını , Qubadlı rayon MKS-nin kollektivini təbrik etdi onlara tezliklə yurd yuvalara qayıtmağı arzu etdi.

Qubadlı rayon MKS –nin direktoru Müşkünaz Muradovada çıxış edərək tədbir iştirakçılarını salamladı. Qubadlı rayonun işğaldan qabağ və işğaldan azad olunduqdan sonrakı vəziyyətindən danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altından Qubadlı rayonunda abadlıq yenidən qurma işləri aparıldığından və tezliklə öz yurd yuvalarına qayıdacaqlarından danışdı. Bu sevinci birlikdə qeyd etməyimizə görə Samux rayon MKS-nin kollketivinə və kənd qəsəbə kitabxana filiallarına təşəkkürünü bildirdi. Qubadlı rayon MKS-nin Kitabxana Biblioqrafia proseseslərinin avtomatlaşma şöbəsinin müdiri Əzizə Xanım Aliyeva.İnformasiya Resurs şöbəsinin müdiri Turan xanım Bağdadova. Oxuculara Xidmət şöbəsinin müdiri Akifə xanım Sərmədova. Füzuli rayon MKSnin nümayəndəsi Xavər xanım Nəbiyeva .Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Samux rayon MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva. Samux rayon Mədəniyyət Mərkəzinin Qarayeri qəsəbə klub müdiri Günel Həsənova, Mədəniyyət Mərkəzinin əməkdaşı Şəlalə Tağıyevada öz çıxışlarında Qubadlının Azadlıq sevincini bir biri ilə bölüşdülər.