Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Eltun İsgəndərovun  anım günü ilə bağlı onun məzarını ziyarət edilib

22.10.2021

21.10. 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov Mərkəzin kollektivi ilə birgə Milli Qəhrəman Eltun İsgəndərovun  anım günü ilə bağlı onun məzarını ziyarət etdilər.

Ziyarətdə Qəhrəmanın məzarı önündə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Milli Qəhrəmanın  ruhuna dualar oxunaraq məzarı üzərinə təzə - tər çiçəklər düzüldü.

Eltun Xaladdin oğlu İsgəndərov 1990 - ci il oktyabrın 21- də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.Eltun İsgəndərov 2008 - ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, 2008 - ci ildən Milli Ordunun Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib.
2009 - cu il iyunun 18 - də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. Samux rayonu Əhmədbəyli kənd qəbiristanlığında dəfn edilib.
2009 - cu il iyunun 29 - da Milli Qəhrəman adı alıb. 2019 - cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !