Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qüdrətli söz Ustadı Aşıq Ələsgər adlı dəyirmi masa keçirilmişdir

22.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyasında 21 oktyabr 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqəli Qüdrətli söz Ustadı Aşıq Ələsgər adlı dəyirmi masa arxasında söhbət və sərgi təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə Qüdrətli söz Ustadı Aşıq Ələsgər haqqında məlumat verərək bildirmişdir ki 

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir