Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2-ci Qarabağ vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirilib

22.10.2021

20 oktyabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 44 günlük 2-ci Qarabağ vətən müharibəsində iştirak etmiş qazilərlə görüş keçirilib. Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qazilərimiz İmran Rəcəbov, Toğrul Həsənov, Xəyyam Hüseynov, Təbriz Əliyev, Sabir Namazov və Rəşad Məhərrəmov Murovdağ, Suqovuşan, Füzuli, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Qazilərimiz cəsur döyüşçü və Suqovuşanın alınması medalları ilə təltif olunmuşlar. Tədbirdə İmran Rəcəbov və Xəyyam Hüseynov öz döyüş təəssüratlarından danışdılar. Sonda qazilərimizlə xatirə şəkli çəkildi.