Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Al sandığım açıldı, içindən nur saçıldı” başlıqlı tədbir keçirilib

24.10.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 22.10.2021-ci il tarixində "Folklor hər bir xalqın qan yaddaşıdır" adlı
layihəni davam etdirərək "Al sandığım açıldı, içindən nur saçıldı" başlığı  altında tapmaca saatı keçirtdi. Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Kifayət Sadıqova açaraq uşaqlara Azərbaycan folkloru haqqında ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik bir ölkədir. Uzun əsrlərdən bəri nəsildən-nəsilə, ağızdan-ağıza keçərək müxtəlif dəyişikliklərə uğrayan tapmacalardan
həyat hadisələrinin həssas müşahidələrdən gələn,obrazlı təfəkkürünə xas olan bütün gözəl cəhədlər və həmçinin bədii dilin parlaqlığı lakonik bir şəkildə meydana çıxır. Tapmaca hər hansı bir əşya və ya hadisəni bənzətmə yolu ilə göstərən, nəzm və nəsr səkilli bu yığcam məcazi ifadələrin qayəsi insanları düşünməyi sövq edir. Daha sonra tədbirdə iştirak edən Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdlərinə bir çox maraqlı və intelektual tapmacalar söylənildi.
 Tapmacaların  cavablandırılmasında şagirdlər cox fəal iştirak etdilər. Tapmaca saatı uşaqlar üçün çox
maraqlı və əyləncəli keçdi layihənin məqsədi uşaqlara Azərbaycan Folklorunu öyrətmək və təbliğ etməkdir.