Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarımızı tanıdaq” adlı  anım  günü  keçirilib

24.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin 9 saylı kitabxana filialı 23.10.2021-ci il tarixdə II Vətən müharibəsi şəhidi Qocayev Asif Yolçu oğlu haqqında “Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarımızı tanıdaq” adlı  anım  günü  keçirdi. Filialın müdir əvəzi Nərgiz Məmmədova tədbiri açıq elan etdikdən sonra şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini bildirdi və “Şəhidlər azadlığın uca heykəl daşıdır”adlı çıxış etdi. ADPU-nun filalogiya fakultəsinin ingilis dili ixtisasının III kurs tələbəsi Hüseyn Əliyev “Biz sizdən öyrəndik qəhrəmanlığı”, MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Şəhidlər unudulmur” adlı çıxışlar etdilər. 9 saylı kitabxananın böyük kitabxanaçısı Təranə Həsənova şəhid Qocayev Asif Yolçu oğlu haqqında qısa lakin qürurverici həyat yolundan danışdı.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdur. O, Xocavəndin Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Qubadlı və Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı bir çox yaralı əsgər yoldaşını xilas etmişdir. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qocayev Asif Yolçu oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.Tədbirdə Gəncə şəhər 20 saylı tam orta məktəbin IV sinif şagirdi Həsənov Nihad “ Qərənfil”, Gəncə şəhər riyaziyyat təmayüllü 26 saylı tam orta məktəbin şagirdi Nuray Məmmədova “Şəhidlər” şerinini söylədilər.