Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” İsmayıl Xan Ziyadxanov” kitabının oxuculara təqdimat mərasimi oldu. 

24.10.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında Ənvər Çingizoğlu və Aydın Ziyadlının müəllifi  olduğu " İsmayıl Xan Ziyadxanov"  adlı kitabının oxuculara təqdimat mərasimi oldu. 

 Tədbir Azərbaycan şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri açan MKS-nin direktor əvəzi Fəridə Qədimova qonaqları salamladıqdan sonra ictimai-siyasi xadim İsmayıl  xan Ziyadxanovla bağlı, həmçinin Gəncənin  ictimai-siyasi xadimləri ilə bağlı çıxış etdi.  

Dünya poeziyasına dahi  Şeyx Nizami Gəncəvi kimi korifey bir mütəfəkkir şair  bəxş edən qədim və qəhrəman Gəncə  şəhəri  həm zəngin mədəniyyət mərkəzı kimi, həm də əvəzolumaz tarixi şəxsiyyətləri, qəhrəmanları  ilə məşhurdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında , böyük nəsillərin nümayəndələri təmsil olunurdu.  Onların arasında yenilməz qəhrəman Cavad Xan Ziyadoğlu Qacarın nəticəisi İsmayıl Xan Ziyadxanov  da vardı.                                                                                                                                              
   Təqdim olunan “ İsmayıl xan Ziyadxanov” kitabı haqqında oxu zalının müdiri Aidə Abdullayeva iştirakçılara  qısa məlumat verdi.  5 fəsil, 147 səhifədən ibarət olan kitabda Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyətindən bəhs olunur.                                                   
     Təqdimat mərasimində  yazıçı, publisist Nüşabə Əsəd Məmmədli, jurnalist,  publisist Zakir Muradov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər birliyinin üzvü, şair-publisist Bəxtiyar Muradov, Gəncə Maarif evi İctimai Birliyinin sədri İmamverdi Vəliyev və gənc araşdırmaçı, tədqiqatçı Kamran Yusifzadə təqdim olunan kitab haqqında, Azərbaycanın ictimai-siyasi xadimləri və onların Azərbaycan tarixində müstəsna rollarından maraqlı  çıxış etdilər. Tədbirdə iştirak edən GDU-nun Tarix fakultəsinin tələbələri təqdimatı keçirilən kitabla yaxından tanış olaraq, tədbirdən məmnun qaldıqlarını bildirdilər...                                                
  Gəncə Regional Mədəniyyət idarəsinin əməkdaşları tədbir haqqında xoş sözlər söylədilər.                           
    Sonda çıxış edən MKS-nin direktor əvəzi Fəridə Qədimova  bütün tədbir iştirakçılarına , xüsusilə kitab haqqında çıxış edənlərə minnətdarlığını bildirdi. Qeyd etdi ki, belə  tarixi faktlara əsaslanan, ictimai-syasi xadimlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabların gənclərin mütaliəsinə verilməsi, gənclərin məlumatlandırılması kitabxananın fəaliyyətinin birbaşa əsasını təşkil edir və təqdirə layiqdir.