Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Ələs Vidadi oğlu Rüstəmovun ailəsi ilə görüş keçirilib

24.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin mədəni-təşkilatçısı Elçin Məhəmməd oğlu Tağıyev 44 günlük Vətən Müharibəsi Şəhidi Goranboy rayon Dəliməmmədli Şəhər sakini MAXE Ələs Vidadi oğlu Rüstəmovun ailəsini ziyarət edib valideyinləri ilə görüş keçirdib.
Şəhid ailəsinə ilk öncə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyevin adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləyib.
Şəhid və Qazi ailələrinin ziyarət olunması onlarla görüşlərin keçirilməsi Mədəniyyət evinin əməkdaşlarına rəhbərlik tərəfindən tapşırıqların verilməsi Şəhid ailəsinin diqqətinə çatdırıldı.
Bizlərə Qələbə Zəfərini yaşatdıqları üçün Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyev tərəfindən göndərilmiş 8 Noyabr "Zəfər Günü" Xarı bülbülün tablosu Şəhid Ələs Rüstəmovun ailəsinə təqdim edilmişdir.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlığını ifadə etdilər.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aslanov Rəşad ölümündən sonra ”Vətən uğrunda” "İgidliyə görə" medalları ilə təltif edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.