Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq  Ələsgərin 200 illik yubileyinə həsr olunmuş onlayn görüş keçirilib

24.10.2021

22 Oktyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi  Mir Cəlal Paşayev Ev Muzeyi Aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq  Ələsgərin 200 illik yubileyinə həsr olunmuş onlayn görüş keçirtdi. Tədbiri muzeyin direktoru İradə İbayeva açaraq tədbir iştirakçılarını salamladı . Bildirdi ki , Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamına əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi 2021-ci il üçün çox böyük ədəbi hadisəsi oldu . Beləki bu müddətdə xalqımız bu böyük şeir , sənət ustadını yenidən yad edərək təbliğ etmiş oldu . İradə xanım onun 150 illik yubileyi ərəfəsində ümummilli lider Heydər Əliyevin göstərişi ilə ucaldılmış qəbir-üstü abidəsinin bu gün ermənilər tərəfindən dağıdılmasından , erməni vandallarının xalqımıza vurduğu zərbədən ürək ağrısı ilə söhbət açdı .

 Tədbirdə Aşıq Ələsgərin nəticələri “Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri Xətai Ələsgərli və Şamama Ələsgərli ,  kötücəsi gənc şairə  Asimə Ələsgərli də çıxış etmiş , onun nəslinin davamçıları olduqları üçün qürur duyduqlarını dilə gətirmiş , yaradıcılığı və şəxsiyyəti haqqında söhbət açmışlar .

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri , Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova , AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitunun Ədəbiyyat şöbəsinin müdiri , filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva çıxış etdi. Onlar Aşıq Ələsgərin Azərbaycan aşıq şeirinin inkişafındakı rolundan danışıb , onun əbədiyaşar poeziyasından nümunələr söylədilər. Sonra muzeyin əməkdaşları bələdçi Dilbər Orucova , elmi işçi Səadət Bağırova və Ellada Tağıyeva Aşıq Ələsgərin yaradıcılığından nümunələr söylədi. Tədbirin sonunda hər kəs onun bundan sonrakı yubileylərini doğma Göyçə mahalının Ağkilsə kəndində məzarının önündə keçirmək arzusunu dilə gətirdi.