Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlığın mübarək, Qubadlım!” adlı görüş keçirildi.

25.10.2021

11.10.2021-ci il tarixində  Gəncə  Regional  Mədəniyyət  İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  Kitabxananın  Uşaq  şöbəsi Qubadlı rayonunun işğaldan azad olunduğu gün münasibəti ilə “Azadlığın mübarək, Qubadlım!” adlı görüş keçirildi.

       Görüş MKS-nin Uşaq şöbəsi və Samux rayon 2 saylı tam orta məktəbin 8a sinifi ilə birgə keçirildi.

Tədbiri uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq iştirakçıları salamladı və Qubadlı rayonunun tarixi haqqında məktəblilərə geniş məlumat verdi.

     Daha sonra qeyd etdi ki, 25 oktyabr 2020-ci il Azərbaycanın uzun illər həsrətini çəkdiyi daha bir yurd yerinin – Qubadlının işğaldan azad olunduğu gün kimi tariximizə yazıldi. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində daha bir qələbə gününün sevincini yaşadı. 30 ilə yaxın bir zamanda öz ata-baba yurdlarından didərgin düşən, min-bir məhdudiyyətlə üzləşən,vətən həsrəti,yurd həsrəti ilə yaşayan Qubadlı sakinləri, Ali Baş Komandanın qətiyyətli siyasətinin, yorulmaz fəaliyyətinin növbəti uğuruna şahidlik etdi.

Qubadlının işğaldan azad olunması döyüş əzminin ,gücünün göstəricisi idi.Bu qələbə xalqımızı illərlə həsrətində olduğu Böyük Qələbəyə daha da yaxınlaşdırdı.

      Samux rayon 2 saylı tam orta məktəbin müəlliməsi Hacıyeva İlahiyyə çıxış edərək qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımız düşmən işğalından azad olundu. Bu tarixi qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olmuşdur.

     Sonda şagirdlər Hüseynova Nazxanım, Ələkbərov Hüseyn, Məmmədov Məsim, Paşayeva Çiçək  şəhidlərin ruhuna ehtiram olaraq şeirlər söylədilər.