Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən uğrunda şərəfli ölüm” başlığı altında şəhid  Ömər Rəşad oğlu Rəhimliyə həsr olunmuş anım günü keçirilib

25.10.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 25.10.2021-ci il tarixində “Vətən uğrunda şərəfli ölüm” başlığı altında şəhid  Ömər Rəşad oğlu Rəhimliyə həsr olunmuş anım günü keçirdi.

Tədbiri kitabxananın müdiri Zeynəb Məmmədova açıq elan edərək bütün şəhilərimizin ruhunu hörmət və ehtiramla yad etməyi xahiş etdi. O bildirdi ki, zaman-zaman vəhşi erməni qəsbkarları Azərbaycanın əzəli, əbədi torpaqlarında vəhşiliklər törətmişlər. Bunlardan biri də 2020-ci il sentyabr ayının 27-də ermənilərin nöbəti dəfə azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı təxribatı olmuşdur. Ermanistan ordusunun qarşısını almaq məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən hərbi vəziyyət elan olunaraq gənclər səfərbərliyə çağrıldı. Cəbhəyə yollanan biri də Ömər Rəhimli idi. Onun döyüş yolu haqqında danışmaq üçün söz şəhidin anası Zülfiyyə Rəhimova verildi. O öz oğlu haqqında, onun Fizuli, Qubadlı, Cəbrayıl döyüşlərində iştirakı haqqında məlumat verdi. Tədbirdə onun təhsil aldığı 2 nömrəli məktəbin müəllimi Nura İsmayılova onun məktəb illəri haqqında məlumat verdi. Ömərin sinif yoldaşı Nərgiz Cəfərova da öz sinif yoldaşı haqqında təəssüratlarını bölüşdü. Ömərin xalası Sevinc Qasımova bildirdi ki, Ömər onun təkcə bacısı oğlu deyil, həm də qardaş payı idi. Ömərin qardaşı Orxan Rəhimli Ömərin döyüş yolu və dövlət tərəfindən onun tərtifləri haqqında bizə məlumat verdi. Şəhidin nənəsi Sima Cəfərova ürək ağrısı ilə nəvəsi haqqında öz fikirlərini bildirdi. Tədbir maraqla izlənildi. Sonda kitabxanın müdiri Zeynəb Məmmədova bütün iştirakçılara öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu səpkidə tədbirlər davam etməlidir. Bu bizim onların ruhları qarşısında olan vəzifə borcumuzdur.