Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı məsafəli dəyirmi masa keçirilib

24.11.2021

23.11. 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı məsafəli dəyirmi masa keçirildi.

Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, 2010 - cu ildə " Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu olmuşdur.

Sonra söz Mədəniyyət Mərkəzinin müşayətçisi Tağıyeva Şəlaləyə verildi. Zorakılığın əsas səbəblərini yoxsulluq, qadının maddi və psixoloji asılılığı,ailə mədəniyyətinin aşağı səviyyədə olması, erkən nikahlar, qadınların öz hüquqlarını bilməmələri, formalaşmış yalnış stereotiplər və sair amillər təşkil edir. Zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında de - fakto bərabərliyə nail olunmasıdır. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir