Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1 ci il dönümünə həsr olunmuş onlayn konfrans keçirilmişdir

25.11.2021

24.11.2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə  Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1 ci il dönümü ilə bağlı onlayn video konfrans keçirildi.
Konfransda ilk sözü Arif Məmişov söyləyərək hər kəsi salamladı və bildirdi ki,  Kəlbəcər rayonunun işğalından 28 il ötür. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyü olmuşdu. İşğal nəticəsində rayon mərkəzi, 150 - yə yaxın kənd həmçinin onlarla tarixi mədəniyyət abidəsi, bir muzey, " İstisu" sanatoriyası, 110- dan artıq kitabxana, 100- qədər məktəb, 9 uşaq baxçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilmişdir.
Sonra söz Samux rayon Çobanabdallı kənd Diyarşunaslıq evinin müdiri Səxavət Əsgərovaya verildi. O, qeyd etdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmuşdur. Ermənistanın hücumlarına, vəhşiliklərinə cavab olaraq, Azərbaycanın Güclü Ordusu və Cənab Ali Baş Komandanın dəmir yumruğu sayəsində 27 Sentyabr 2020- ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi

 

79.6 KB

 

75.1 KB