Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadın Zorakarlığına Qarşı mübarizə gününə” həsr olunmuş “Qadına şiddətə son” adlı dəyirmi masa keçirilmişdir

25.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı 24.11.2021-ci il tarixində “Qadın Zorakarlığına Qarşı mübarizə gününə” həsr olunmuş “Qadına şiddətə son” adlı dəyirmi masa keçirildi. Tədbiri filialın müdiri Firuzə Yunusova açaraq qeyd etdiki, 25 noyabr Qadın Zorakarlığına Qarşı Beynəlxalq mübarizə günüdür. Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb.

27 saylı orta məktəbin praktik psixoloqu və Regional Gender İnkişaf Mərkəzinin Gəncə şəhəri üzrə psixoloqu Aynur Nağıyeva öz çıxışında qadınlara qarşı zorakarlıq problem müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakarlığa məruz qalıb. Bu zorakarlığın baş verməsində zərər çəkmişlərin cəmiyyətdə hüquqlarını bilməməsi, baş verən hadisələrə laqeyd yanaşmasının da mühüm rol oynadığını bildirdi. R.G.M.İ Birliyinin əməkdaşı Saida Mədətova, pediatr Ramina İbrahimova, filial əməkdaşları məişət zorakılığından, erkən nigahdan, qadınlara qarşı zorakılıq hallarına dövlət trəfindən diqqət yetirildiyindən və bu problemlərin aradan qaldırılmasından, ölkəmizdə qadın zorakarlığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən danışdılar. Gənc nəslin maariflənməyə böyük ehtiyacı olduğunu bildirdilər.Tədbirdə “Zirvə” kursunun tələbələri iştirak etdilər.