Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcərin azad olunmasına həsr olunmuş dəyirmi masa keçirilmişdir

25.11.2021

Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evinin kollektivi və MKS-nin Sərkar kənd kitabxana filialının kollektivi ilə birgə Kəlbəcərin azad olunması ilə bağlı məsafəli dəyirmi masa keçirildi. Tədbirdə ilk olaraq Sərkar kənd Folklor evinin müdiri Əsgərova Göycək çıxışında bildirdi ki, Kəlbəcər rayonu Ali Baş Komandan İlham Əliyev ikinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolunu davamı olaraq bir güllə atmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur qaldı.Sonda söz Sərkar kənd kitabxanasının müdiri Əliyeva Gülşənə verildi.O çıxış edərək bildirdi ki, Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.