Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəlbəcər Azərbaycandır” adlı dəyirmi masa təşkil olunmuşdur.

25.11.2021

25 noyabr 2021-ci il tarixində Gəncə Regional  Mədəniyyət İdarəsinin Samux rayon MKS-nin  Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasına həsr edilmiş “Kəlbəcər Azərbaycandır” adlı dəyirmi masa təşkil olunmuşdur.

Tədbir vətənimizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva açaraq,davam edən 27 illik işğal dövründə Kəlbəcər rayonunun erməni vəhşi birləşmələri tərəfindən dağıdılmasından bəhs edib.

Samux rayon MKS-nin direktor əvəzi Telli Nəsibova bildirdiki, İmzalanan birgə bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Buna görədə Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan xilas edildi.

Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman  Əliyeva vurğuladı ki,  BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Dəyirmi masanın digər iştrakçıları mövzu ətrafında fikir mübadiləsi edərək ,bildirdilər ki,sentyabrın 27-də növbəti erməni təxribatının qarşısını alan Azərbaycan ordusu ərazilərimizi bir-birinin ardınca düşmən tapdağından azad etdi. Başqa çıxış yolunun olmadığını aydın şəkildə başa düşən Ermənistan hakimiyyəti isə işğalçı ordusunu Ağdam və Kəlbəcərdən çıxarmağa məcbur oldu.