Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan muğamının incisi-Xan Şuşinski” başlığı altında söhbət keçirilmişdir

25.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 25.11.2021- ci il  xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşunskinin 120 illiyi münasibəti ilə “Azərbaycan muğamının incisi-Xan Şuşinski” başlığı altında söhbət təşkil etdi. Tədbirdə Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdi. Tədbiri açıq elan edən şöbənin böyük kitabxanaçı Aytən Əliyeva bildirdi ki, Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb. Xan Şuşunski Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidməti olan musiqi xadimidir. O, uzun illər xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda görkəmli nailiyyətlər əldə etmişdir. Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski də belə sənətkardandır. O, el havalarının, zəngin və mürəkkəb muğamatın mahir bilicisi idi. Xan həmişə muğamların ruhuna, mahiyyətinə uyğun qəzəl və qoşmalar seçirdi. Qərinələr, əsrlər ötəcək, ancaq Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki, bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən əbədi və əzəli muğamları dayanır. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq. Sonda tədbir iştirakçıları korifey sənətkarın video lentlərini izlədilər