Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qadın zorakılığı və məhv olmuş  ailələr” başlıqlı onlayn tədbir keçirilib.

25.11.2021

25.11.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  MKS-nin 24 saylı kitabxana filialı 25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü ilə bağlı "Qadın zorakılığı və məhv olmuş  ailələr" başlıqlı onlayn tədbir keçirdi. Kitabxana  filialının müdiri Rahilə Qasımova açılış nitqi ilə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə gününün yaradılması  haqqında qısa məlumat verdi. 
Tədbirdə Regional İnkişaf üzrə Maarifləndirmə  İctimai Birliyin sosial işçisi İnarə Məmmədova, GDU-nin Rus dili kafedrasının dosenti, Təmas Regional  İctimai Birliyin təsisçisi və təşkilatın rəhbəri Kübra Ələkbərova,  Vəkillər Kollegiyasının üzvü, vəkil Fuad Xəlilov, Gəncə Gənclər Evinin psixoloqu Günel Hüseynli, Yazıçılar Birliyinin üzvü yazıçı Kənan Yusif oğlu, 19 saylı tam orta məktəbin Uşaq Təşkilatı Birliyinin  rəhbəri Kəmalə İsrafilova və 6 saylı Gənclər kitabxanasının müdiri Məryəm Məmmədova çıxış etdilər. Tədbirdə söylənildi ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir.  Məişət zorakılığı  və ya ailədə zorakılıq  halları yalnız bir ailə üçün deyil,  bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, hüquqi zorakılığa məruz qalıb. Bu zorakılığın baş verməsində zərərçəkmişlərin cəmiyyətdə hüquqlarını bilməməsi, öz ailələrində hər zaman zorakılıqla qarşılaşmaları, cinslər arasında fərqlər qoyulub aşağılanmalarından irəli gəlir. Gənc nəsilin belə məsələlərdə  maariflənməyə böyük ehtiyacı vardır. Qadınlara, uşaqlara qarşı zorakılıq  hallarına dövlət tərəfindən böyük diqqət yetirilir və bu problemlərin  aradan qaldırılmasında ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində tədbirlər ğörülməkdədir. Həmçinin tədbirdə qadın zorakılığı ilə bağlı qəbul edilmiş qanun və dövlət proqramları, qeyri-hökumət təşkilatlarının yardımından, yaradılmış sığınacaqlardan söhbət açıldı. Hüquqşünas tədbir iştirakçılarının mövzu ilə bağlı bir çox suallarını cavablandırdı.
 Tədbirin sonunda mövzü ilə bağlı videoçarx göstərildi.